ABŞ-da aktyor Ceyms Hendi qətlə yetirilib.
Qaynarinfo "Los Angeles Times"a istinadən xəbər verir ki, 81 yaşlı aktyorun ölümü barədə polisə tanımadığı bir şəxs zəng edərək "bir insanı öldürdüyünü” bildirib. Daha sonra hüquq-mühafizə orqanları Hendinin cəsədini onun evinin həyətində aşkar edib. Aktyor sinəsindən bıçaq zərbəsi alaraq ölüb.
Los-Anceles polisi hadisəni araşdırır və artıq şübhəlinin saxlanıldığını bildirib. Şübhəli qismində aktyorun birlikdə yaşadığı qadının oğlu olan 44 yaşlı Maykl Qledhill saxlanılıb.
Polis nümayəndələrinin sözlərinə görə, Qledhill həbs olunaraq Van-Nays həbsxanasına yerləşdirilib və ona qarşı qətl şübhəsi irəli sürülüb. Onun girov məbləği 2 milyon dollar olaraq müəyyən edilib.
"Los Angeles Times”ın məlumatına görə, hadisə ilə bağlı istintaq davam edir.
Ceyms Hendi kino və televiziya sahəsində təxminən 150 rol ifa edib. O, "Jumanji”, "Top Gun: Maverick”, "X-Files”, "Logan” və digər məşhur layihələrdə epizodik rollarla çıxış edib. Aktyor həmçinin çoxsaylı kriminal teleseriallarda da rol alıb.
Aydın
Şərhlər