XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

ABŞ-da ət yeyən parazit tapıldı
Dünya15:02 04.06.2026

ABŞ-da ət yeyən parazit tapıldı

ABŞ-da ət ilə qidalanan təhlükəli parazitin - yeni dünya vint qurdunun ilk dəfə yenidən aşkarlandığı təsdiqlənib. Parazit Texas ştatında üç həftəlik bir buzovda tapılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Mütəxəssislərin bildirdiyinə görə, bu həşəratın sürfələri heyvanların açıq yaralarına yerləşir və canlı toxuma ilə qidalanaraq zədələnməni sürətlə genişləndirir, ağır infeksiyalara səbəb olur.
Parazit iri buynuzlu mal-qara, ev heyvanları və vəhşi təbiət üçün ciddi təhlükə yaradır, nadir hallarda isə insanlara da yoluxa bilər.
Yoluxmuş buzov aşkarlandıqdan sonra səlahiyyətlilər dərhal 20 kilometr radiusda karantin tətbiq edib, nəzarəti gücləndirib və zərərvericinin yayılmasının qarşısını almaq üçün milyonlarla steril milçəyin buraxılmasına başlayıb.
Mütəxəssislər bildirirlər ki, ABŞ bu paraziti keçmişdə tamamilə məhv etməyə nail olub və hazırda həmin uğuru yenidən təkrarlamaq üçün tədbirlər görülür.
Region sakinlərinə heyvanları diqqətlə yoxlamaq, qeyri-adi yaralar, sürfələr və yoluxma əlamətlərinə qarşı ayıq olmaq tövsiyə edilib.
Bununla yanaşı, səlahiyyətlilər istehlakçılar üçün heç bir təhlükənin olmadığını vurğulayıblar.
Aydın