XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Adına yük avtomobili rəsmiləşdirildiyindən ölkəni tərk edə bilmir (VİDEO)
Ölkə23:11 04.06.2026

Adına yük avtomobili rəsmiləşdirildiyindən ölkəni tərk edə bilmir (VİDEO)

Adına rəsmiləşdirilmiş xarici nömrəli yük avtomobilinə görə sürücü ölkəni tərk edə bilmir.
"Xəzər Xəbər”in qaynar xəttinə müraciət edən Ramal Əliyev iddia edir ki,bir müddət əvvəl Ona Bakıda xarici nömrəli bir yük maşınının ölkədən çıxarılması üçün sürücü lazım olduğunu deyiblər. Buna görə də  yük avtomobili ölkədən çıxarılmaq üçün sürücü kimi onun adına rəsmiləşdirilib. Lakin, sonradan ciddi problemlə üzləşib.
Ramal Əliyev deyir ki, problemin həlli üçün yük avtomobilinə dair öhdəlikləri başqa şəxsin adına keçirmək istəsə də, buna nail ola bilməyib. Onun sözlərinə görə, məsələ həll olunmadığından işləyə bilmir, digər avtomobillə xarici ölkələrə yük daşımaq üçün sərhəddən keçidinə də icazə verilmir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.