Asfaltın ortasından çıxan dəmirlər avtomilə ziyan vurub (VİDEO)
Bakıda asfaltın ortasından çıxan dəmirlər avtomilə xeyli ziyan vurub. Maşının təkərləri zədələnib.
Hadisə Bakı dairəvi yolunda baş verib. Sürücü Əmrah Mirzəyev iddia edir ki, hərəkətin intensiv olduğu bu yolda təhlükəli vəziyyət yaranıb.
Zərərçəkənin sözlərinə görə, həmin yolda artıq ikinci dəfədir ki, başına belə hadisə gəlir. Gündəlik gəliri avtomobildən çıxdığı üçün bu hadisə ona xeyli maddi ziyan vurub.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanlasaq da, cavabsız qaldı.
Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik.
Şərhlər