XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Avropada işsizlərin sayı açıqlandı
Dünya15:10 01.06.2026

Avropada işsizlərin sayı açıqlandı

Avrozonada işsizlik 2026-cı ilin aprel ayında mart ayındakı kimi 6,3% səviyyəsində sabit qalıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Avropa İttifaqının statistik qurumu "Avrostat” məlumat yayıb.
Qurumun məlumatına görə, Avropa İttifaqında ümumi işsizlik səviyyəsi də 6% olaraq dəyişməz qalıb. "Avrostat”ın açıqlamasına əsasən, apreldə Aİ-nin 27 ölkəsində təxminən 13,238 milyon işsiz qeydə alınıb. Onlardan 11,075 milyon nəfəri avrozonanın payına düşür. 2025-ci ilin eyni dövrü ilə müqayisədə Aİ-də işsizlərin sayı 137 min nəfər, avrozonada isə 84 min nəfər azalıb.
Ən yüksək işsizlik göstəriciləri Finlandiya (10,6%), İspaniya (10,3%) və Yunanıstanda (9,5%) qeydə alınıb. Ən aşağı göstəricilər isə Bolqarıstan (2,8%), Polşa (3,0%) və Çexiyada (3,1%) müşahidə olunub.
Bununla yanaşı, Finlandiyanın maliyyə naziri Rikka Purra ölkədə yüksək işsizlik səviyyəsi ilə bağlı açıqlama verib. O həmçinin bildirib ki, dövlət borcunun ÜDM-ə nisbəti 90%-ə yaxınlaşıb və Finlandiya ciddi maliyyə çətinliyi ilə üzləşib.
Daha əvvəl Rusiya Mərkəzi Bankı ölkədə işsizliyin tarixi minimum səviyyədə olduğunu açıqlamışdı. Qurumun məlumatına görə, əməkhaqqı artımı əmək məhsuldarlığının artımını üstələyir.
Aydın