"Post Office Travel Money" tərəfindən hazırlanan 2026 Şəhər Xərc İndeksinə əsasən, Avropada populyar şəhər tətilləri qonaqlama, nəqliyyat, qidalanma və turistik fəaliyyətlərin ümumi xərclərinə görə sıralanıb.
Qaynarinfo xəbər verir ki, araşdırmada iki gecəlik üç ulduzlu oteldə qalma, iki nəfərlik üç mərhələli şam yeməyi, kofe, hava limanı transferləri, şəhər turları, ictimai nəqliyyat kartları və əsas turistik məkanlara giriş haqları nəzərə alınıb.
Avropanın ən ucuz 10 şəhərləri:
1. Sarayevo – Bosniya və Herseqovina
2. Buxarest – Rumıniya
3. Tiran – Albaniya
4. Belqrad – Serbiya
5. Trençin – Slovakiya
6. Riqa – Latviya
7. Lill – Fransa
8. Vilnüs – Litva
9. Strasburq – Fransa
10. Podqoritsa – Monteneqro
Avropanın ən bahalı şəhərləri:
1. Oslo - Norveç
2. Kopenhagen - Danimarka
3. Edinburq - Şotlandiya
4. Cenevrə - İsveçrə
5. Barselona - İspaniya
6. Dublin - İrlandiya
7. Amsterdam - Niderland
8. Kork - İrlandiya
9. Venesiya - İtaliya
Aydın
Şərhlər