XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Azərbaycan derbisi: "Qarabağ" "Neftçi"ni darmadağın etdi
İdman20:54 26.04.2026

Azərbaycan derbisi: "Qarabağ" "Neftçi"ni darmadağın etdi

"Qarabağ" Misli Premyer Liqasında "Neftçi"ni məğlub edib.
Qaynarinfo-nun məlumatına görə, XXIX turun oyunu 5:1 hesabı ilə yekunlaşıb.
Ağdam təmsilçisinin qollarını 9 və 32-ci dəqiqələrdə Musa Qurbanlı, 38-ci dəqiqədə Joni Montiel, 68-ci dəqiqədə Leandro Andrade, 90+3-cü dəqiqədə Emmanuel Addai fərqlənib.
Meydan sahiblərindən Elvin Bədəlov 21-ci dəqiqədə adını tabloya yazdırıb.
Bu nəticədən sonra xallarının sayını 59-a çatdıran "Qarabağ" ikinci pillədə qərarlaşıb. "Ağ-qaralar" 44 xalla beşinci sıradadır.
Günün ilk matçında "Şamaxı" "Kəpəz"ə qali əb gəlib - 2:0..
Ötən gün "Sumqayıt" "İmişli"ni iki cavabsız qolla üstələyib. "Qəbələ" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib - 1:1.