XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

DÇ-2026 başladı: Açılış oyununda 2 qol, 3 "qırmızı"
İdman01:07 12.06.2026

DÇ-2026 başladı: Açılış oyununda 2 qol, 3 "qırmızı"

Futbol üzrə dünya çempionatında Meksika və Cənubi Afrika Respublikası (CAR) yığmaları arasında keçirilən A qrupunun görüşü başa çatıb.
Qaynarinfo xəbər verir ki, Meksikadakı "Mexiko Siti" stadionunda baş tutan DÇ-2026-nın açılış matçı ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib.
9-cu dəqiqədə Xulian Kinyones və 67-ci dəqiqədə Raul Ximenez fərqləniblər.
Oyunda Meksika yığmasından Sezar Montes, CAR-dan isə Yaya Sitole və Temba Zvane qırmızı vərəqə alıb.
Qeyd edək ki, bu qrupun digər matçı Cənubi Koreya və Çexiya milliləri arasında keçiriləcək. Sözügedən qarşılaşma saat 06:00-da start götürəcək.