XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi
İdman23:01 23.06.2026

DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi

Futbol üzrə dünya çempionatında Portuqaliya Özbəkistana qalib gəlib.
Qaynarinfo-nun məlumatına görə, Hyuston stadionunda keçirilən K qrupunun II turunun matçında avropalılar 5:0 hesabı ilə qələbə qazanıblar.
Portuqaliyalıların lideri və kapitanı Kriştiano Ronaldo bu görüşdə dublla yadda qalıb - 6, 39. Digər qollar isə Nunu Mendeş (17), Abdukodir Xusanov (60-avtoqol) və Rafael Leaodan (87) gəlib.
Qeyd edək ki, qrupun digər oyununda, saat 06:00-da Kolumbiya - Konqo Demokratik Respublikası ilə qarşılaşacaq.