XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Dünyada ən populyar 10 avtomobil markası açıqlandı
Dünya12:22 06.06.2026

Dünyada ən populyar 10 avtomobil markası açıqlandı

2026-cı ilin əvvəlindən aprel ayınadək olan satış nəticələrinə əsasən, "Toyota” dünya üzrə ən populyar avtomobil markası olaraq qalır. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Focus2Move” portalı məlumat yayıb.
Yaponiyanın avtomobil nəhəngi illik müqayisədə 3,4% azalma olmasına baxmayaraq liderliyini qoruyub və qlobal yeni avtomobil satışlarında 10,9% pay əldə edib.
İkinci yerdə satışları illik müqayisədə 10,3% azalan "Volkswagen” qərarlaşıb. Markanın dünya bazarındakı payı 5,2% təşkil edir. Üçüncü pillədə isə "Hyundai” yer alıb. Cənubi Koreya brendinin satışları illik müqayisədə 0,3% azalıb.
Qlobal bazarda "BYD” markasının satışlarında isə 30%-dən çox sürətli artım diqqət çəkir. Çin şirkətinin elektrik avtomobillərinə maraq dünyada sürətlə artır. Buna səbəb kimi qiymət və keyfiyyət nisbəti, eləcə də böyük yürüş ehtiyatı təmin edən innovativ texnologiyalar göstərilir.
Dünyada ən populyar 10 avtomobil markası:
1. Toyota (-3,4%)
2. Volkswagen (-10,3%)
3. Hyundai (-0,3%)
4. Ford (-9,3%)
5. Honda (-8,9%)
6. Kia (+1,1%)
7. Nissan (-3,5%)
8. Chevrolet (-4,1%)
9. BYD (+30,3%)
10. Maruti Suzuki (+10,5%)
Aydın