Beynəlxalq
reytinq agentliyi Fitch Ratings AFB Bankın uzunmüddətli emitent defolt
reytinqini (Long-Term IDR) "B” səviyyəsində "Stabil” proqnozla təsdiqləyib.
Agentliyin 7 avqust 2026-cı il tarixində açıqladığı qiymətləndirmədə Bankın
aktivlərinin keyfiyyətində müşahidə olunan yaxşılaşma, güclü kapital göstəriciləri,
sürətlə genişlənən depozit bazası və mövcud likvidlik ehtiyatı qeyd olunur.
Fitch
Ratings-in hesabatına əsasən, AFB Bankda problemli kreditlərin səviyyəsində əhəmiyyətli
azalma qeydə alınıb. Belə ki, 2025-ci ilin sonunda problemli kreditlərin ümumi
kredit portfelində payında əvvəlki illə müqayisədə iki dəfəyə yaxın yaxşılaşma
qeydə alınıb.
Agentlik
bu müsbət dinamikanın davam edəcəyini proqnozlaşdırır. Fitch-in gözləntilərinə
görə, Mərhələ 3 və dəyərsizləşmiş kreditlər də daxil olmaqla, problemli kreditlərin
payı 2026-cı ildə təxminən 4%-ə qədər azalaraq, 2027-ci ildə də bu səviyyəyə
yaxın qala bilər. Bu dinamika əvvəlki dövrlərdən qalan kreditlər üzrə
daxilolmalar, portfelin təmizlənməsi və kredit portfelinin artımı ilə əlaqələndirilir.
AFB
Bankın kapital mövqeyi də Fitch tərəfindən diqqətə alınan əsas göstəricilər
sırasındadır. 2026-cı ilin birinci yarısının sonunda Bankın I dərəcəli kapital əmsalı16% təşkil edib və agentlik tərəfindən güclü səviyyə kimi qiymətləndirilib.
Hesabatda
Bankın depozit bazasının artımı da xüsusi qeyd olunur. Müştəri depozitləri
2025-ci ildə 72%, 2026-cı ilin ilk altı ayında isə əlavə olaraq 56%
artıb. Fitch bildirir ki, bu artım bank sektorunun orta göstəricilərini üstələyib
və AFB Bankın inkişaf strategiyasını əks etdirir.
2026-cı
ilin birinci yarısının sonunda müştəri depozitləri Bankın öhdəliklərinin 76%-nitəşkil edib. Eyni zamanda, Fitch AFB Bankın sürətlə genişlənən depozit bazası
fonunda likvidlik mövqeyini məqbul qiymətləndirərək, mövcud likvidlik
ehtiyatlarını Bankın maliyyə dayanıqlığını dəstəkləyən mühüm amillərdən biri
kimi qeyd edib.
Bankın
kredit portfelinin inkişafında da yüksək dinamika müşahidə olunub. 2026-cı ilin
ilk yarısında kredit portfeli 35% artıb. Artım əsasən pərakəndə və kiçik
və orta biznes seqmentlərinin maliyyələşdirilməsi hesabına formalaşıb.
Fitch
Ratings eyni zamanda Azərbaycanın bank sektoru üzrə əməliyyat mühitinin qiymətləndirilməsini"bb-” səviyyəsindən "bb” səviyyəsinə yüksəldib və proqnozu "Stabil” saxlayıb.
Agentlik bunu tənzimləyici nəzarətin gücləndirilməsi və risk əsaslı nəzarət
mexanizmlərinin inkişafı ilə əlaqələndirir. Fitch-in qiymətləndirməsinə əsasən,
Azərbaycanın bank sektorunun maliyyə profilinin 2026–2027-ci illərdə sağlam
qalacağı gözlənilir.
AFB
Bank üzrə reytinqin "B” səviyyəsində və "Stabil” proqnozla təsdiqlənməsi Bankın
mövcud kredit profilinin beynəlxalq reytinq agentliyi tərəfindən növbəti dəfə
qiymətləndirilməsinin nəticəsidir. Aktivlərin keyfiyyətinin yaxşılaşması,
depozit bazasının genişlənməsi, kapital mövqeyinin güclü qalması və likvidliyin
məqbul səviyyədə saxlanılması Bankın növbəti inkişaf mərhələsi üçün mühüm
maliyyə göstəriciləridir.
Şərhlər