XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Homeline" tikinti şirkətinin direktoruna hökm oxundu
Ölkə13:49 25.05.2026

"Homeline" tikinti şirkətinin direktoruna hökm oxundu

Vətəndaşa külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən "Homeline" tikinti şirkətinin direktoru olan Alik Quliyevin cinayət işi üzrə məhkəməsi yekunlaşıb. 
Qaynarinfo-nun "Unikal"a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb.
Dövlət ittihamçısı məhkəməyə təqsirləndirilən şəxsin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Daha sonra müdafiə çıxışı olub və təqsirləndirilən şəxs son söz deyib. 
Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra hökmü elan edib. 
Hökmə əsasən, Alik Quliyev 6 il 2 ay 10 gün müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, iş üzrə ümumi dəymiş ziyan 300 min manata yaxındır. 
Alik Quliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.