XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

İrəvan Dövlət Azərbaycan Dram Teatrına yeni direktor təyin edildi
Sənət13:22 24.07.2026

İrəvan Dövlət Azərbaycan Dram Teatrına yeni direktor təyin edildi

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına yeni direktor təyinatı olub.
Bu barədə Qaynarinfo-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Hacıbaba İsmayıl oğlu Məmmədov teatrın direktoru təyin edilib.
Qeyd edək ki, H.Məmmədov bu təyinatadək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktor müavini vəzifəsində çalışıb.