XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Məktəbli formasına dair vahid yanaşma təmin ediləcək
Ölkə11:17 07.07.2026

Məktəbli formasına dair vahid yanaşma təmin ediləcək

Məktəbli formasına dair tələblərə riayət olunması hüquqi müstəvidə təsbit edilir.
Qaynarinfo xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan "Ümumi təhsil haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Təhsilalanlarla bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişiklik dövlət ümumi təhsil müəssisələrində artıq müəyyən edilmiş geyim tələblərinə riayət olunmasının hüquqi müstəvidə təsbit edilməsini nəzərdə tutur.
Qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Vüqar