XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Mindən çox insan Merilin Monro kimi geyinərək dünya rekordu qırdı
Dünya15:12 01.06.2026

Mindən çox insan Merilin Monro kimi geyinərək dünya rekordu qırdı

ABŞ-ın Kaliforniya ştatının Palm-Sprinqs şəhərində mindən çox insan aktrisa Merilin Monro obrazına girərək dünya rekordu müəyyən edib. 
Qaynarinfo xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Hadisə Ginnesin Rekordlar Kitabına Merilin Monronun ən kütləvi dublor toplusu kimi düşəcək. Tədbirdə 1037 nəfər məşhur sarışın aktrisanın obrazında iştirak edib. Məkan olaraq şəhər mərkəzində yerləşən və ortasında aktrisanın 8 metrlik heykəli olan Dovntovn Park seçilib.
Toplantı aktrisanın 100 illik yubileyinə həsr olunub. Bundan əvvəlki rekord 254 nəfər idi.
Merilin Monro Hollivudun "Gentlmenlər sarışınlara üstünlük verir” (1953), "Cazda yalnız qızlar var” (1959) və "Yeddinci ilin qaşınması” (1955) filmlərinin ulduzu olub. O, karyerası boyunca onu məşhurlaşdıran romantik sarışın rollarından fərqli olaraq ciddi dramatik obraz canlandırmaq istədiyini dəfələrlə bildirib. Yalnız 1961-ci ildə, ölümündən az əvvəl, bu istəyini həyata keçirə bilib: "Neknpaykalılar” filmində o, ər yox, dost axtaran ağıllı və empatik Rozlin Teyber obrazını canlandırıb.
Merilin Monro 1962-ci il avqustun 4-dən 5-nə keçən gecə dərman preparatlarının həddindən artıq qəbulu nəticəsində vəfat edib. Aktrisa 36 yaşında idi.
Aydın