XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Qadınlardan ibarət Azərbaycan millisi Macarıstana uduzdu
İdman21:14 05.06.2026

Qadınlardan ibarət Azərbaycan millisi Macarıstana uduzdu

Qadın futbolçulardan ibarət Azərbaycan millisi DÇ-2027-nin seçmə mərhələsində növbəti oyununu keçirib.
Qaynarinfo xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda Macarıstan yığması ilə üz-üzə gəlib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşma millimizin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, C Liqasının 3-cü qrupunda yer alan Azərbaycan millisi bundan əvvəl evdə və səfərdə Andorranı (3:1, 2:0), həmçinin Bakıda Şimali Makedoniyanı (2:0) məğlub edib. Yığmamız səfərdə Macarıstana isə 0:1 hesabı ilə uduzub.