XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Qəzada ölənlər müəllim və şagird imiş (FOTO)
Ölkə21:02 28.05.2026

Qəzada ölənlər müəllim və şagird imiş (FOTO)

Ötən gün Göyçayda baş verən zəncirvari yol qəzasında ölənlərdən biri müəllim, digəri isə şagird olub.
Qaynarinfo xəbər verir ki, hadisə zamanı həyatını itiriən 2012-ci il təvəllüdlü Elmira Feyzullayeva Mehman Muradov adına Göyçay rayon 4 nömrəli tam orta məktəbin VII sinif şagirdi olub.
Qəza nəticəsində ölən 1970-ci il təvəllüdlü Hüseyn Salahov isə Pənah Məmmədov adına Laçın rayon 46 nömrəli tam orta məktəbdə müəllim işləyirdi.
Qeyd edək ki, qəzada xəsarət alan 1964-cü il təvəllüdlü Mehriban Əmrahova, 1968-ci il təvəllüdlü İmran Əmrahov, 1988-cü il təvəllüdlü Arzu Feyzullayeva və 2016 təvəllüdlü Leyla Feyzullayeva Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.