XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Qırmızı bazarda bir manatdan qumar oynadılar, 3 min cərimə olundular
Ölkə15:00 02.05.2026

Qırmızı bazarda bir manatdan qumar oynadılar, 3 min cərimə olundular

İşğaldan azad olunan Xocavənd rayonu, Qırmızı Bazar qəsəbəsi ərazisində bir manatdan qumar oynayan şəxslər saxlanılıb. 
Qaynarinfo-nun məlumatına görə, həmin qəsəbənin sakinləri, 1984 və 1995-ci il təvəllüdlü Muğur, Fərid, Cavid və Qaryağdı adlı şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə protokol tərtib edilib və işə ayrı-ayrılıqda məhkəmədə baxılıb. 
Məlum olub ki, Cavid Qırmızı Bazar qəsəbəsi ərazisində yerləşən icarə əsasında işlətdiyi obyektdə Muğur, Fərid və Qaryağdı adlı şəxslərlə qumar oynayıb. Onlardan 18 ədəd 1 manat, 2 ədəd 5 manat, 36 ədəd oyun kartı götürülüb. 
Məhkəmənin hökmü ilə onların hər biri  ayrı-ayrılıqda İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinib və 3.000 manat məbləğində inzibati qaydada cərimə ediliblər. 
Aydın