XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Qubada toy karvanında ağır qəza oldu: Ölən və yaralanan var (FOTO)
Ölkə13:51 10.11.2025

Qubada toy karvanında ağır qəza oldu: Ölən və yaralanan var (FOTO)

Quba-Xaçmaz yolunun Quba rayonunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosu xəbər verir ki, toy karvanında hərəkətdə olan "VAZ 2107" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.
Xəsarət alan şəxs Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, hazırda ona tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.