XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Rakuv" Mahir Emrelini icarəyə götürdü
İdman21:40 18.07.2026

"Rakuv" Mahir Emrelini icarəyə götürdü

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Polşanın "Rakuv" klubuna keçidi rəsmiləşib.
Qaynarinfo-nun "Report"a istinadən məlumatına görə, Ekstraklasa təmsilçisi 29 yaşlı hücumçunu 1 illik icarəyə götürüb.
Çenstoxova şəhərinin klubu mövsümün sonunda azərbaycanlı oyunçunu almaq hüququna malikdir.
Emreli artıq "Rakuv"la rəsmi müqavilə imzalayıb.
Xatırladaq ki, Azərbaycan millisinin üzvü müqavilə ilə Almaniyanın "Kayzerslautern" klubuna məxsusdur.