Azərbaycanda
mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi sahəsində lider olan
AccessBank yeni biznes müştəriləri üçün xüsusi kampaniyaya start verir.
Kampaniya çərçivəsində ilk dəfə biznes hesabı açan fərdi sahibkarlar və
korporativ müştərilər seçilmiş bank xidmətləri üzrə 50%-dək endirimdən
yararlana biləcəklər.
Kampaniya
7 may – 1 sentyabr 2026-cı il tarixlərini əhatə edir və yalnız bu müddət
ərzində AccessBank-da ilk dəfə biznes hesabı açan yeni müştərilər üçün
keçərlidir.
Güzəştli
tariflər ölkədaxili və beynəlxalq köçürmələri, hesabdan nağdlaşdırma
əməliyyatlarını, əməkhaqqı kartlarının rəsmiləşdirilməsini, eləcə də biznes
kartları üzrə xidmətləri əhatə edir. Kampaniyanın məqsədi sahibkarların
gündəlik bank əməliyyatlarını daha sərfəli, çevik və rahat şəkildə həyata
keçirmələrinə dəstək olmaqdır.
Kampaniya çərçivəsində tətbiq olunan güzəştli
tariflər haqqında daha ətraflı məlumat: Biznes
müştərilərinə 50%-dək endirim
AccessBank
sahibkarların dayanıqlı inkişafının dəstəklənməsini və onların müasir maliyyə
xidmətlərinə çıxış imkanlarının genişləndirilməsini strateji prioritetlərindən
biri hesab edir. Bank bu kimi təşəbbüslərlə biznes mühitinin inkişafına,
xüsusilə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin
stimullaşdırılmasına töhfə verməyə davam edir.
AccessBank
Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları
sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə
Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü
Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər
üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar
haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.
Bankın
xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng
etmək, həmçininwww.accessbank.azsaytına
və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn)müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan
Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı
lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal
rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Şərhlər