Müştəri məmnuniyyətinin daim yüksək
səviyyədə qorunub saxlanılması, çevik və yüksək keyfiyyətli xidmətin təmin olunması məqsədilə AccessBank
əsaslı təmirdən sonra "Həzi Aslanov” filialını yenilənmiş konseptdə
müştərilərinin istifadəsinə verdi.
Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi
küçəsi 29/45, ev 66 ünvanında yerləşən filialda müştərilərə hesablaşma-kassa
əməliyyatları, əmanətlərin yerləşdirilməsi, müxtəlif növ kreditlərin rəsmiləşdirilməsi,
plastik kartların alınması, pul köçürmələri, valyuta mübadiləsi və digər bank
xidmətləri təqdim olunur.
Filial müasir dizayn və funksional
həllər əsasında yenidən qurulub ki, bu da müştərilərə xidmətlərdən daha rahat
və səmərəli şəkildə yararlanmaq imkanı yaradır. AccessBank xidmət
infrastrukturunun yenilənməsini müştəriyönümlü strategiyasının əsas
istiqamətlərindən biri kimi dəyərləndirir və bu sahədə ardıcıl addımlar atmağa
davam edir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə
bazarında lider olaraq, 2002-ci ildən kiçik
və orta bizneslərə xidmət
göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya
Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar
yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət
göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə
davam edir. Filiallar haqqında əlavə məlumat üçün buradaxil ola bilərsiniz.
Bankın
xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng
etmək, həmçininwww.accessbank.azsaytına
və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn)müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan
Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı
lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal
rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Şərhlər