AccessBank qadınların biznes
mühitində daha fəal iştirakını təşviq etmək və sahibkarlıq bacarıqlarının
inkişafına dəstək vermək məqsədilə həyata keçirdiyi "Access2Success”
layihəsinin 2026-cı il üzrə ilk regional tədbirini Quba şəhərində təşkil edib.
Tədbir müxtəlif fəaliyyət sahələrini
təmsil edən qadın sahibkarları bir araya gətirərək təcrübə və bilik mübadiləsi
üçün səmərəli platforma rolunu oynayıb. Proqram çərçivəsində iştirakçılar
biznesin idarə olunması, mövcud bazar tendensiyaları və inkişaf perspektivləri
ilə bağlı aktual mövzular ətrafında müzakirələr aparıblar. İnteraktiv formatda
keçirilən görüş zamanı sahibkarlar yeni işgüzar əlaqələr qurub, potensial
əməkdaşlıq imkanlarını dəyərləndirib və biznes şəbəkələrini genişləndirmək
imkanı əldə ediblər.
Layihə çərçivəsində AccessBank-ın
mütəxəssisləri tərəfindən biznes idarəçiliyinin əsas istiqamətlərini əhatə edən
təlim sessiyaları keçirilib. Sessiyalarda maliyyə savadlılığı, sahibkarlıq
fəaliyyətinin hüquqi əsasları, marketinq alətləri və şəxsi brendin
formalaşdırılması kimi mövzulara xüsusi diqqət ayrılıb. Görüş zamanı
iştirakçılar bizneslərinin inkişafı, satış imkanlarının genişləndirilməsi və
bazarda daha dayanıqlı mövqenin formalaşdırılması ilə bağlı fikir mübadiləsi
aparıblar.
Təlim proqramının sonunda
iştirakçılara AccessBank tərəfindən sertifikatlar təqdim olunub.
Qeyd edək ki, AccessBank
"Access2Success” layihəsinə 2022-ci ildə start verib. Layihə indiyədək Bakı
şəhəri və regionlarda yüzlərlə qadın sahibkarın biznes biliklərinin və liderlik
bacarıqlarının artırılmasına dəstək göstərib. Proqram çərçivəsində iştirakçılar
strateji planlaşdırma, satış və marketinq, elektron ticarət, insan resurslarının
idarə olunması, hesabatlılıq və digər biznes yönümlü sahələr üzrə praktiki
biliklər əldə ediblər.
AccessBank qadın sahibkarlığının
inkişafına dəstəyini davam etdirərək regionlarda biznes mühitinin
gücləndirilməsinə və sahibkarların dayanıqlı inkişafına töhfə verməyə davam
edir.
AccessBank
Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları
sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə
Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü
Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər
üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar
haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.
Bankın
xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng
etmək, həmçininwww.accessbank.azsaytına
və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn)müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan
Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı
lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal
rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Şərhlər