AFB Bank dövlət qulluqçuları üçün
xüsusi şərtlərlə təqdim olunan "Dövlət qulluqçuları üçün güzəştli nağd
kredit” kampaniyasına start verib. Kampaniya çərçivəsində dövlət sektorunda
çalışan şəxslər nağd pul kreditini daha sərfəli şərtlərlə əldə edə biləcəklər.
Kampaniyanın əsas üstünlüyü
kreditlər üzrə illik faiz dərəcəsinə 3%-dəkendirimin tətbiq edilməsidir. Bu çərçivədə dövlət qulluqçuları 10.5%-dən başlayan illik faiz dərəcəsi
ilə 50 000 AZN-dək kredit məbləğini 3 aydan 59 ayadək müddətə əldə edə
bilərlər. Təklif olunan güzəştli şərtlər maliyyə ehtiyaclarının daha sərfəli
şəkildə qarşılanmasına və ödənişlərin daha rahat planlaşdırılmasına imkan
yaradır.
AFB Bank tərəfindən təqdim olunan
nağd pul krediti müştərilərə müxtəlif maliyyə ehtiyaclarını qarşılamaq üçün
çevik imkanlar yaradır. Kreditlər münasib şərtlərlə təqdim edilir və müştərilər
üçün rahat ödəniş planı formalaşdırmağa imkan verir.
Kampaniyanın digər üstünlüklərindən
biri də kreditin başdan-başa onlayn şəkildə rəsmiləşdirilməsi imkanının
olmasıdır. Belə ki, dövlət qulluqçuları banka gəlmədən, vaxt itirmədən və iş
qrafiklərini pozmadan kredit sifarişlərini tam rəqəmsal şəkildə həyata keçirə
bilirlər.
Kampaniyadan
yararlanmaq üçün:
https://digital.afb.az/about/222
Hazırda
AFB Bank ölkə üzrə 12 satış nöqtəsi ilə fəaliyyət göstərir. Bankın həyata
keçirdiyi Transformasiya Strategiyası çərçivəsində müştərilər üçün daha
sərfəli, əlçatan və müasir maliyyə həllərinin təqdim olunması əsas
prioritetlərdən biridir. Müştərilər həmçinin 1545 qısa nömrəli Məlumat Mərkəzi,
mobil bank və internet bank vasitəsilə də bank xidmətlərindən rahat şəkildə
yararlana bilirlər.
Şərhlər