AFB Bank sahibkarların inkişafını
dəstəkləmək məqsədilə mikro və aqro kreditlər üzrə daha geniş və əlverişli
maliyyə imkanlarını təqdim edir. Yeni şərtlər çərçivəsində biznes sahibləri 500
AZN-dən 200 000 AZN-dək kredit əldə edə bilərlər.
Kreditlər illik 15%-dən başlayan
faiz dərəcəsi ilə təklif olunur. Maksimal məbləğin 200 000 AZN-ə qədər
artırılması sahibkarlara bizneslərini böyütmək, yeni investisiyalar etmək və
fəaliyyətlərini daha dayanıqlı qurmaq üçün əlavə imkanlar yaradır.
Əsas
üstünlüklər:
- Məbləğ: 500 – 200 000 AZN
- Faiz dərəcəsi: 15%-dən başlayaraq
- 100 000 AZN-dək girovsuz kredit imkanı
- Çevik yanaşma və operativ baxılma prosesi
Xüsusilə diqqətçəkən məqam isə 100
000 AZN-dək məbləğin girovsuz təqdim olunmasıdır. Bu üstünlük kiçik və orta
biznes subyektləri üçün maliyyə əlçatanlığını artırır, vəsaitin daha sürətli və
rahat əldə edilməsinə şərait yaradır.
Mikro və aqro kreditlər:
- Dövriyyə kapitalının artırılması
- Biznesin genişləndirilməsi
- Yeni layihələrin maliyyələşdirilməsi
- Kənd təsərrüfatı fəaliyyətinin inkişafı
üçün nəzərdə tutulub.
AFB Bank-ın həyata keçirdiyi
Transformasiya Strategiyası çərçivəsində biznes müştəriləri üçün daha çevik,
sürətli və əlverişli maliyyə həllərinin təqdim olunması prioritet
istiqamətlərdəndir. Bank sahibkarların yanında olmağı və onların davamlı
inkişafına real töhfə verməyi əsas missiya kimi müəyyən edib.
Hazırda AFB Bank ölkə üzrə 8
filial və 4 şöbə olmaqla 12 xidmət nöqtəsi vasitəsilə müştərilərinə xidmət
göstərir.
Ətraflı məlumat və müraciət üçün AFB
Bank-ın filiallarına yaxınlaşa və ya 1545 qısa nömrə ilə əlaqə saxlaya
bilərsiniz.
Şərhlər