AFB Bank şirkətlər və onların
əməkdaşları üçün yeni "Mono Əməkhaqqı Kartı” məhsulunu təqdim edir. Yeni
məhsul müəssisələrin əməkhaqqı layihələrində daha çevik, sərfəli və müasir bank
həllərinə keçidini təşviq etmək məqsədi daşıyır.
"Mono Əməkhaqqı Kartı” şirkətlərə
əməkhaqqı ödənişlərini daha rahat və səmərəli şəkildə həyata keçirməyə imkan
verməklə yanaşı, əməkdaşlar üçün əlavə maliyyə üstünlükləri təqdim edir. Bu
yanaşma müəssisələrə həm əməkdaş məmnuniyyətini artırmaq, həm də daha cəlbedici
sosial paket formalaşdırmaq imkanı yaradır.
Kartın
əsas üstünlüklərindən biri hesabda qalan vəsaitə illik 8% faiz hesablanmasıdır. Bu
imkan minimum 50 AZN qalığından etibarən tətbiq olunur və maksimum məbləğ üzrə
heç bir məhdudiyyət yoxdur. Bu əməkdaşlara maaş vəsaitlərini
sadəcə saxlamaq deyil, eyni zamanda əlavə gəlir əldə etmək fürsəti yaradır.
Bununla yanaşı, "Mono Əməkhaqqı
Kartı” istifadəçilərə 10%-dək keşbek, 50 000 manatadək kredit imkanıvə 5 000 manata qədər komissiyasız köçürmə kimi üstünlüklər təqdim edir.
Bu xüsusiyyətlər kartı gündəlik maliyyə əməliyyatları üçün daha funksional və
sərfəli edir.
AFB Bank bu məhsulla şirkətlər üçün əməkhaqqı
layihəsini yalnız ödəniş aləti deyil, həm də əməkdaşlar üçün əlavə dəyər
yaradan maliyyə həlli kimi təqdim edir.
Şirkətlər
əməkhaqqı layihələrini AFB Bank-a daşımaqla həm əməliyyat rahatlığı əldə edir,
həm də əməkdaşlarına daha geniş maliyyə imkanları təqdim edə bilirlər. Bununla
yanaşı, AFB Bank-ın yenilənmiş internet bankçılıq platforması vasitəsilə maaş
ödənişləri, kütləvi köçürmələr və gündəlik maliyyə əməliyyatları daha sürətli,
rahat və təhlükəsiz şəkildə idarə olunur. Rahat interfeys, real vaxt rejimində əməliyyatların izlənməsi,
sadələşdirilmiş ödəniş prosesi və yüksək təhlükəsizlik standartları bizneslərə
maliyyə idarəçiliyində maksimum effektivlik və nəzarət imkanı yaradır.
Sifariş
üçün: https://afb.az/emekhaqqi-layihesi
AFB Bank-ın həyata keçirdiyi
Transformasiya Strategiyası çərçivəsində biznes müştəriləri üçün daha çevik,
sürətli və əlverişli maliyyə həllərinin təqdim olunması prioritet
istiqamətlərdəndir. Bank sahibkarların yanında olmağı və onların davamlı
inkişafına real töhfə verməyi əsas missiya kimi müəyyən edib. Hazırda AFB Bank
ölkə üzrə 12 xidmət nöqtəsi vasitəsilə müştərilərinə xidmət göstərir.
Ətraflı məlumat və müraciət üçün AFB
Bank-ın filiallarına yaxınlaşa və ya 1545 qısa nömrə ilə əlaqə saxlaya
bilərsiniz.
Şərhlər