AFB Bank-ın təqdim etdiyi "Sürətli
Tender Qarantiyası” məhsulu sahibkarlar arasında qısa müddətdə geniş maraq
qazanıb. Təklif olunan çevik şərtlər və operativ rəsmiləşdirmə prosesi
bizneslərin tender iştirakını daha əlçatan edir.
Məhsul çərçivəsində şirkətlər tender
qarantiyasını girov təqdim etmədən və cəmi 1 iş günü ərzində əldə
edə bilirlər. Bu isə sahibkarlara vaxt itirmədən tender proseslərinə qoşulmaq
və öhdəliklərini daha rahat şəkildə yerinə yetirmək imkanı yaradır.
"Sürətli Tender Qarantiyası” üzrə
maksimal məbləğ 100 000 AZN-dək, müddət isə 12 ayadək müəyyən
edilib. Bu şərtlər müxtəlif sahələrdə fəaliyyət göstərən biznes subyektləri
üçün çevik və praktik maliyyə həlli təqdim edir.
AFB Bank biznes müştəriləri üçün
təqdim etdiyi məhsullarla onların fəaliyyətində operativliyi artırmağa və
maliyyə imkanlarını genişləndirməyə davam edir.
Sifariş
üçün: https://afb.az/suretli-tender-qarantiyasi
AFB Bank-ın həyata keçirdiyi
Transformasiya Strategiyası çərçivəsində biznes müştəriləri üçün daha çevik,
sürətli və əlverişli maliyyə həllərinin təqdim olunması prioritet
istiqamətlərdəndir. Bank sahibkarların yanında olmağı və onların davamlı
inkişafına real töhfə verməyi əsas missiya kimi müəyyən edib. Hazırda AFB Bank
ölkə üzrə 12 xidmət nöqtəsi vasitəsilə müştərilərinə xidmət göstərir.
Ətraflı məlumat və müraciət üçün AFB
Bank-ın filiallarına yaxınlaşa və ya 1545 qısa nömrə ilə əlaqə saxlaya
bilərsiniz.
Şərhlər