AFB Bank müştəriləri üçün mobil
tətbiqini yeniləyib. Yenilənmiş tətbiq daha rahat istifadə, daha sürətli xidmət
və gündəlik əməliyyatların daha asan yerinə yetirilməsi üçün hazırlanıb.
Yeni tətbiqə daxil olan istifadəçi
əsas məlumatları bir baxışda görə bilir. Hesablar, kartlar, bildirişlər və
tez-tez istifadə olunan xidmətlər əsas səhifədə yerləşdirilib. Bu isə vaxt
itirmədən lazım olan bölməyə keçməyə imkan yaradır.
Tətbiqin əsas xüsusiyyətlərindən biri çat əsaslı idarəetmə
yanaşmasıdır. Artıq əməliyyatlar çat vasitəsiləhəyata keçirilir – istifadəçi yazır, təsdiqləyir və əməliyyatı qısa müddətdə
tamamlayır. Bu isə bank əməliyyatlarını daha interaktiv və sürətli edir.
Ən çox istifadə olunan xidmətlər – ödəniş və köçürmə əməliyyatları da yenilənib. Proses daha
aydın qurulub: hesab seçilir, məbləğ yazılır, məlumat yoxlanılır və əməliyyat
tamamlanır. Hər mərhələdə məlumatların görünməsi səhv ehtimalını azaldır və
istifadəçiyə rahatlıq yaradır.
Əməliyyat başa çatdıqdan sonra qəbzə
baxmaq, onu paylaşmaq və ya eyni ödənişi yenidən təkrarlamaq da mümkündür. Bu
xüsusiyyət xüsusilə tez-tez ödəniş edən müştərilər üçün əlavə rahatlıq yaradır.
Mobil tətbiq vasitəsilə filiala
getmədən kredit sifarişi vermək, əmanət açmaq, hesabları idarə etmək və bir çox
bank xidmətindən yararlanmaq mümkündür. Bu da bank xidmətlərini daha əlçatan
edir.
Tətbiqdə
təhlükəsizlik məsələlərinə də xüsusi diqqət ayrılıb. Tətbiqbiometrik giriş və
yüksək təhlükəsizlik standartları ilə təmin olunub ki, bu da
istifadəçilərin məlumatlarının qorunmasını maksimum səviyyədə təmin edir.
AFB Bank yenilənmiş mobil tətbiqi
ilə müştərilərinə daha rahat, sürətli və sadə xidmət göstərməyə davam edir.
Mobil tətbiqi yükləyin, bank işlərinizi istədiyiniz yerdən rahatlıqla idarə
edin.
Tədbiqi yükləmək üçün bu linkə keçid edin: https://onelink.to/4aq38c
Şərhlər