AFB Bank müştəriləri üçün 28 noyabr
tarixində qüvvəyə minən "Möhtəşəm Cümə” nağd kredit kampaniyasını elan
edir. Bu kampaniya çərçivəsində yeni və son 6 ay ərzində aktiv "Nağd Pul”
krediti olmayan fiziki şəxslər üçün xüsusi sərfəli şərtlər təqdim olunur.
Kampaniya müddətində hər kəs nağd
pul kreditini illik 14% faiz dərəcəsi ilə əldə edə biləcəklər. Kreditin
müddəti 3 aydan 24 ayadək təşkil edir. Nağdlaşdırma və digər hesablara
köçürmə üzrə komissiya isə 0% olaraq müəyyən edilib ki, bu da
müştərilərə əlavə xərc olmadan kredit vəsaitindən rahat şəkildə istifadə etmək
imkanı yaradır.
"Möhtəşəm Cümə” kampaniyası AFB
Bank-ın müştərilərə daha əlçatan və sərfəli maliyyə həlləri təqdim etmək
məqsədini daşıyır. Kampaniya yalnız 28.11.2025 tarixində qüvvədə olacaq.
Sifariş üçün: https://digital.afb.az/about/261
AFB
Bank bu kampaniya ilə yeni müştərilərə daha əlçatan şəkildə bank xidməti təqdim
etməyi və bankdan ilk dəfə kredit götürənlər üçün daha sərfəli maliyyə
imkanları yaratmağı hədəfləyir.
Şərhlər