AFB Bank 2026-cı ilin ilk altı ayını
əsas maliyyə göstəriciləri üzrə əhəmiyyətli artımla başa vurub. Hesabat
dövründə aktivlərin, kredit portfelinin və müştəri vəsaitlərinin artması Bankın
seçdiyi inkişaf strategiyasının effektivliyini bir daha təsdiqləyib. Əldə
olunan nəticələr Bankın həm biznes miqyasını genişləndirdiyini, həm də real
iqtisadiyyatın maliyyələşdirilməsində rolunu daha da gücləndirdiyini göstərir.
Aktivlər
537 milyon manatı ötüb
2026-cı ilin 30 iyun tarixinə Bankınümumi aktivləri 536,9 milyon manat təşkil edib. Bu, 2025-ci ilin sonu
ilə müqayisədə 26,9%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 72,2%
artım deməkdir.
Aktivlərin strukturunda gəlir
gətirən aktivlərin payının 84,2%-ə yüksəlməsi Bankın resurslarını daha
səmərəli idarə etdiyini və dayanıqlı gəlir mənbələrini genişləndirdiyini
göstərir.
Kredit
portfeli 400 milyon manatı keçib
Bankın kredit portfeli ilk yarımildə406,4 milyon manata çataraq ilin əvvəlindən 35,2%, ötən ilin eyni
dövrü ilə müqayisədə isə 100,3% artıb. Beləliklə, kredit portfeli bir il
ərzində iki dəfə böyüyüb.
Bu dinamika Bankın sahibkarlığın
maliyyələşdirilməsi, mikro, kiçik və orta biznesə dəstək, eləcə də pərakəndə
kredit məhsullarının inkişafı istiqamətində həyata keçirdiyi strategiyanın
uğurlu nəticəsidir.
Eyni zamanda kredit portfelinin
ümumi aktivlərdə payı 75,7%-ə yüksəlib ki, bu da Bankın maliyyə
resurslarının əsasən real iqtisadiyyatın inkişafına yönəldiyini göstərir.
Müştəri
vəsaitlərində rekord artım
2026-cı ilin ilk yarısında Bankın
müştəri vəsaitləri 342,3 milyon manata yüksəlib. Bu göstərici ilin
əvvəli ilə müqayisədə 51,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 142,9%
artım təşkil edir.
Xüsusilə müddətli əmanətlər üzrə
dinamika diqqət çəkir. Müddətli hesabların həcmi 194,1 milyon manataçataraq illik müqayisədə təxminən 3 dəfə artıb. Cari hesablar isə 148,2
milyon manat təşkil edib.
Bu göstəricilər AFB Bank-a olan
etimadın daha da möhkəmləndiyini və müştərilərin Bankı uzunmüddətli maliyyə
tərəfdaşı kimi seçdiyini nümayiş etdirir.
İnvestisiya
portfeli genişlənir
Hesabat dövründə Bank qiymətli
kağızlar portfelini əhəmiyyətli dərəcədə artıraraq 35,0 milyon manataçatdırıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 dəfə,
ilin əvvəli ilə müqayisədə isə 70 dəfə artım deməkdir.
Bu dinamika Bankın investisiya
fəaliyyətinin genişləndirilməsi və aktivlərin daha balanslı diversifikasiyası
istiqamətində atdığı addımların nəticəsidir.
Gəlirlərdə
güclü artım
2026-cı ilin ilk altı ayında Bankın
ümumi gəlirləri 17,4 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni
dövrü ilə müqayisədə 35,6% artım deməkdir. Bu artım həm faiz gəlirləri,
həm də qeyri-faiz gəlirləri üzrə müsbət dinamika hesabına formalaşıb.
Hesabat dövründə Bankın faiz
gəlirləri 12,1 milyon manat olub və ötən ilin eyni dövrü ilə müqayisədə 44,6%
artıb. Qeyri-faiz gəlirləri isə 5,3 milyon manat təşkil edərək illik
müqayisədə 18,5% artım nümayiş etdirib. Bu göstəricilər Bankın gəlir
bazasının daha dayanıqlı və şaxələndirilmiş formada inkişaf etdiyini göstərir.
Risk
göstəricilərində müsbət dinamika
Kredit portfelinin əhəmiyyətli
artımına baxmayaraq, Bank risklərin idarə olunmasına konservativ və balanslı
yanaşmanı qoruyub. Hesabat dövründə NPL göstəricisi 2 dəfə azalıb ki, bu da
kredit portfelinin keyfiyyətinin yaxşılaşdığını və problemli aktivlərin daha
effektiv idarə olunduğunu göstərir.
Xərclərin
artımı inkişaf və risklərin idarə olunması ilə bağlıdır
Əməliyyat həcmlərinin genişlənməsi
fonunda Bankın qeyri-faiz xərcləri 16,6 milyon manat təşkil edib və ötən
ilin eyni dövrü ilə müqayisədə 49,3% artıb. Bu artım əsasən Bankın
transformasiya layihələri, rəqəmsal həllərin inkişafı, yeni biznes
istiqamətlərinin qurulması, risklərin idarə edilməsi sisteminin gücləndirilməsi
və insan kapitalına yönəldilən investisiyalarla bağlıdır.
Kapital
və maliyyə dayanıqlığı yüksək səviyyədə qalır
AFB Bank böyüməsini yüksək kapital
dayanıqlığı ilə davam etdirir.
2026-cı ilin ilk yarısının sonunda:
- I dərəcəli kapitalın adekvatlıq əmsalı 16,0%,
- Məcmu kapitalın adekvatlıq əmsalı isə 16,9% təşkil edib
ki, bu da müəyyən edilmiş minimum 10% normativdən əhəmiyyətli dərəcədə
yüksəkdir.
Bu göstəricilər Bankın sürətli
böyümə fonunda kapital dayanıqlığını qoruduğunu, prudensial tələblərə uyğun
fəaliyyət göstərdiyini və gələcək inkişaf üçün möhkəm maliyyə bazasına malik
olduğunu təsdiqləyir.
İnkişaf
strategiyası və dayanıqlı artım
2025–2029-cu illəri əhatə edən
inkişaf strategiyası çərçivəsində AFB Bank 2026-cı ilin ilk yarısında da
transformasiya prosesini davam etdirib. Korporativ bankçılıq və KOS
istiqamətlərinin gücləndirilməsi, mikro və pərakəndə bankçılığın inkişafı,
risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi, eləcə də rəqəmsal
xidmətlərin genişləndirilməsi Bankın böyüməsinə mühüm töhfə verib.
Hesabat dövründə yeni internet
bankçılıq platforması və yenilənmiş mobil tətbiq üzrə görülən işlər Bankın
rəqəmsal transformasiya gündəliyinin əsas istiqamətlərindən biri olub. Bu
həllər müştərilərə bank xidmətlərindən daha rahat, sürətli və əlçatan şəkildə
istifadə etmək imkanı yaratmaqla yanaşı, xidmət keyfiyyətinin artırılmasına da
dəstək verir.
Hazırda AFB Bank ölkə üzrə 12 xidmət
nöqtəsi, 1545 qısa nömrəli Məlumat Mərkəzi və başdan-başa rəqəmsal həlləri
vasitəsilə artan müştəri kütləsinə xidmət göstərir.
2026-cı ilin ilk yarısının
nəticələri göstərir ki, AFB Bank aktivlərin və kredit portfelinin
genişlənməsini, müştəri vəsaitlərinin artımını, gəlirlərdə müsbət dinamikanı və
kapital dayanıqlığını vahid inkişaf strategiyası çərçivəsində uğurla birləşdirir.
Bank qarşıdakı dövrdə də real sektorun maliyyələşdirilməsini, rəqəmsal həllərin
inkişafını və müştərilərə daha innovativ, sürətli və əlçatan maliyyə xidmətləri
təqdim etməyi əsas prioritetləri kimi müəyyən edib.
Şərhlər