XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Aquarius Fitness"in rəhbəri sığortasız "Lexus" sürdü, cərimə olundu
Ölkə16:32 12.06.2026

"Aquarius Fitness"in rəhbəri sığortasız "Lexus" sürdü, cərimə olundu

"Aquarius Fitness" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəhbəri cərimə olunub.
Qaynarinfo-nun məlumatına görə, Məmmədyarova Günel Həsən qızının rəhbəri olduğu şirkətin mülkiyyətində olan "Lexus Es300 H Hibrid Minik" markalı, "AA" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 469.3 -cü maddəsi ilə protokol tərtib olunub. 
Buna səbəb şirkət rəhbərinin icbari sığorta müqaviləsi bağlanmadan sözügedən avtomobili istismar edib və işə məhkəmədə baxılıb.
Məhkəmənin qərarı ilə, Günel Məmmədyarova İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 300 manat məbləğində inzibati cərimə edilib.
Aydın