Azərbaycana gələn turistlərin sayı niyə azalıb? (VİDEO)
Ölkə xaricinə səyahət edənlərin sayında azalma var.
Yay mövsümünün yaxınlaşması ilə tur paketlərinə maraq artsa da, qiymətlər əvvəlki illərlə müqayisədə artib. Turizm şirkətlərindən verilən məlumata görə, dünyada baş verən son proseslər bazara ciddi təsir göstərib.
Eyni zamanda bəzi istiqamətlər üzrə turist sayının azalması da qiymətlərin artmasını şərtləndirən amillərdəndir. Mövcud vəziyyət paketlərin bahalaşması və turist axınının kəskin azalması ilə nəticələnib.
Mütəxxəsislər deyir ki, Azərbaycana gələn turist sayında da son 3-4 ayda azalma müşahidə edilir. Buna təsir edən əsas amillərdən biri Körfəz ölkələrində baş verən müharibələr və siyasi gərginliklərdir
Ekspertin sözlərinə görə, müharibə davam edərsə, turist sayındakı azalma daha çox hiss ediləcək.//Xəzər TV
Şərhlər