Şirkət "Premium” tariflərinin eksklüziv üstünlüklərini genişləndirir
"Azercell Telekom” MMC
"Premium” tarifləri çərçivəsində təqdim etdiyi əlavə üstünlükləri zənginləşdirməyə
davam edir.
Bu dəfə şirkət
"Premium” və "Premium+” tariflərinin istifadəçiləri üçün yeni tərəfdaşlıq
kampaniyasına start verib. Kampaniya çərçivəsində müştərilər Atəşgah
Sığorta-nın "Səyahət sığortası” xidmətindən 20% endirimlə yararlana biləcəklər.
Xarici səfərlər zamanı yarana biləcək müxtəlif risklərə qarşı təminat təqdim edən
bu xidmət Azercell abunəçilərinə daha rahat və təhlükəsiz səyahət təcrübəsi
qazandırır.
"Premium” və
"Premium+” tariflərinin abunəçiləri kampaniyadan yararlanmaq üçün "Azercell” tətbiqinin
"Eksklüziv təkliflər” bölməsindəki "Atəşgah Səyahət Sığortası” banneri vasitəsilə
müraciət edə bilərlər.
Kampaniya haqda ətraflı
məlumat əldə etmək üçün: https://www.azercell.com/az/personal/premium-plus.html
Şərhlər