"Mediacell”
istifadəçilərinə 5 GB mobil internet hədiyyə təqdim olunur
Azərbaycan milli mətbuatının
tarixi 1875-ci il iyulun 22-də görkəmli maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü
ilə ilk milli mətbu orqan olan "Əkinçi” qəzetinin nəşri ilə başlayır. Ötən 150
ildən artıq dövr ərzində milli mətbuatımız cəmiyyətin maariflənməsində, ictimai
dəyərlərin təşviqində və ölkədə baş verən proseslərin işıqlandırılmasında mühüm
rol oynayıb.
Bu əlamətdar gün
münasibətilə Azercell "Mediacell” tarifinin istifadəçilərinə hədiyyə olaraq 5
GB həcmində mobil internet paketi təqdim edir. Hədiyyə internet paketindən
aktivləşdirildiyi tarixdən etibarən 30 gün müddətində istifadə etmək mümkündür.
Ətraflı məlumat üçün: Media
Günü
"Azercell Telekom” MMC
Milli Mətbuat və Jurnalistika Günü münasibətilə bütün media nümayəndələrini təbrik
edir, cəmiyyətin obyektiv və operativ məlumatlandırılması istiqamətində göstərdikləri
peşəkar fəaliyyəti yüksək qiymətləndirir.
Şirkət işğaldan azad
edilmiş ərazilərdə peşə fəaliyyətini yerinə yetirərkən şəhid olmuş jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun əziz
xatirəsini ehtiramla yad edir.
Şərhlər