Şirkət
data və süni intellekt platformaları üzrə dünya liderlərindən biri olan
"Starburst” ilə əməkdaşlıq edir
Uzunmüddətli rəqəmsal transformasiya strategiyasını
ardıcıl şəkildə həyata keçirən "Azercell Telecom” MMC süni intellekt sahəsində
imkanlarını genişləndirmək məqsədilə aparıcı qlobal texnologiya şirkətləri ilə əməkdaşlığını
davam etdirir. Bu istiqamətdə şirkət data və süni intellekt platformaları üzrə
dünya liderlərindən biri olan "Starburst” ilə əməkdaşlıq edir. Təşəbbüs Azercell-də müasir, süni intellekt əsaslı
data ekosisteminin inkişafını sürətləndirərək innovasiyaların daha çevik tətbiqinə
və məlumatlara əsaslanan qərarvermənin gücləndirilməsinə xidmət edir.
Bu əməkdaşlıq çərçivəsində Azercell korporativ məlumatların
idarə olunmasına yeni yanaşma tətbiq edərək şirkət daxilində vahid data mühiti
formalaşdırıb. Platforma əməkdaşlara məlumatları daha səmərəli təhlil etməyə, süni
intellekt əsaslı həllər hazırlamağa və innovativ həllər üçün çevik texnoloji
baza yaratmağa imkan verir.
Vahid data mühiti biznes və texnologiya komandaları
arasında əməkdaşlığı gücləndirir, etibarlı məlumatlara çıxışı asanlaşdırır və
analitik prosesləri sürətləndirir. Nəticədə məlumatlara əsaslanan qərarların qəbulu
daha operativ olur, əməliyyat səmərəliliyi artır. Platforma eyni zamanda süni
intellekt həllərinin müxtəlif biznes proseslərinə və müştəriyönümlü xidmətlərə
inteqrasiyasını dəstəkləyir.
Qeyd edək ki, "Starburst” ilə tərəfdaşlıq
Azercell-in qlobal texnologiya şirkətləri ilə əməkdaşlığının genişləndirilməsi
və süni intellekt sahəsində imkanlarının inkişafı istiqamətində həyata
keçirdiyi ardıcıl təşəbbüslərdən biridir. Son illər ərzində şirkət Azərbaycanın
rəqəmsal ekosisteminin aparıcı qüvvələrindən biri kimi mövqeyini daha da möhkəmləndirib.
Layihənin uğurlu icrası "Starburst” tərəfindən qlobal
uğur hekayəsi kimi təqdim olunub. Bununla Azercell-in müasir
data platformasının qurulması və süni intellekt sahəsində həyata keçirdiyi
transformasiya təşəbbüsləri beynəlxalq texnologiya ictimaiyyətinə təqdim edilib.
Şərhlər