XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Azərreyl" növbəti mərhələdə
İdman19:31 18.10.2023

"Azərreyl" növbəti mərhələdə

Azərbaycanı Çağırış Kubokunda təmsil edən qadın voleybolçulardan ibarət "Azərreyl” klubu ikinci oyununa çıxıb.

Qaynarinfo xəbər verir ki, komanda 1/32 finalın cavab matçında Ukraynanın "Balta” kollektivi ilə qarşılaşıb.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan qarşılaşmada "Azərreyl” rəqibini 3:0 (25:23, 25:15, 25:19) hesabı ilə məğlub edib.
Bununla da Azərbaycan təmsilçisi 1/16 finala vəsiqə qazanıb.