"Azərsun Holdinq” korporativ sosial məsuliyyət
layihələri çərçivəsində fermerlərin bilik və bacarıqlarının artırılmasına yönəlmiş
maarifləndirici fəaliyyətini davam etdirir. Bu məqsədlə peşəkar mütəxəssislərin
tövsiyələri sosial media platformaları vasitəsilə geniş auditoriyaya
çatdırılır.
"Azərsun Holdinq”in Kənd Təsərrüfatı Nazirliyi
yanında Aqrar Xidmətlər Agentliyi ilə əməkdaşlığı çərçivəsində fermerlərin real
ehtiyacları nəzərə alınaraq müxtəlif mövzuları əhatə edən maarifləndirici video
materiallar hazırlanıb. Bu videolarda Aqrar Təlim Mərkəzinin mütəxəssisləri tərəfindən
kənd təsərrüfatının aktual istiqamətləri üzrə praktik məsləhətlər, müasir becərmə
üsulları və məhsuldarlığın artırılmasına yönəlmiş tövsiyələr təqdim olunur. Məqsəd
fermerlərin bilik və bacarıqlarının inkişafına dəstək vermək, onların gündəlik
fəaliyyətində faydalı ola biləcək praktik məlumatları daha əlçatan formada
çatdırmaqdır.
Layihə çərçivəsində "Nar ağacının düzgün budama
qaydaları”, "Alaq bitkiləri və onlarla mübarizə”, "Keyfiyyətli toxum necə
seçilməlidir?”, "Əsas taxıl bitkilərinin becərilməsi” və digər mövzuları əhatə
edən video məzmunlar hazırlanaraq "Azərsun Aqro TV” platformalarında
yayımlanıb.
Qeyd edək ki, rəqəmsal kanallar vasitəsilə həyata
keçirilən layihə çərçivəsində indiyədək 100-dən çox maarifləndirici video izləyicilərə
təqdim olunub. Hazırlanan videoların ümumi izlənmə sayı 5 milyona yaxınlaşıb və
minlərlə fermer bu məzmunlardan faydalanaraq təsərrüfatlarının daha səmərəli
idarə olunması və inkişaf etdirilməsi istiqamətində yeni biliklər əldə edib.
Kənd təsərrüfatı sahəsində faydalı məlumatlarla
tanış olmaq və layihənin video məzmunlarını izləmək üçün "Azərsun Aqro TV”nin
sosial media hesablarına müraciət edə bilərsiniz.
www.instagram.com/azersunaqrotv/
www.youtube.com/@azersunaqrotv
www.tiktok.com/@azersunaqrotv
www.facebook.com/azersunaqrotv
Şərhlər