30 may tarixində
Boolood komandası mövsümün ikinci tədbirini İçərişəhərin qala divarlarının
yaxınlığında, Bakının ən tanınmış tarixi məkanlarından biri olan Qoşa Qala
Qapısının ətrafında keçirib. Tədbir Azərbaycanın innovasiya lideri Bakcell-in dəstəyi
ilə baş tutub.
Beləliklə, Bakı
sakinləri və şəhərin qonaqları unikal fürsət əldə ediblər — gündüz İçərişəhərin
dar küçələrində gəzərək əsrlərin tarixini hiss etmək, axşam isə müasir Bakının
dinamik atmosferinə qoşulmaq imkanı qazanıblar.
Gecənin
hedlaynerləri beynəlxalq səhnənin tanınmış artistləri olub. Afro House və
Melodic House janrlarının yüksələn simalarından olan JUNO dərin ritmləri və
emosional melodiyaları ilə çıxış edib. Tədbirdə həmçinin melodic house və indie
dance səhnəsinin tanınmış prodüserlərindən biri olan LUCH səhnə alıb. Onun
musiqiləri Keinemusik, Black Coffee, RÜFÜS DU SOL və Adriatique kimi dünya şöhrətli
sənətçilər tərəfindən dəstəklənir.
Gecə ərzində Azərbaycanın
tanınmış DJ-lərindən Ronfoller də çıxış edərək iştirakçılara unudulmaz musiqi təcrübəsi
yaşadıb.
Bu dəfəki məkan
16 may tarixində keçirilmiş əvvəlki tədbirlə müqayisədə daha kiçik olsa da, tədbirə
təxminən 8 min nəfər qatılıb. Marağın yüksək olması səbəbindən təşkilatçılar tədbirdən
bir həftə əvvəl pulsuz GA zonası üçün qeydiyyatı dayandırıblar.
Boolood
komandası artıq növbəti layihəsini də elan edib. Mərkəzi Nəbatat Bağında
keçiriləcək tədbirin bu yayın ən böyük və ən çox müzakirə olunan hadisələrindən
birinə çevriləcəyi gözlənilir.
Ətraflı məlumat
almaq, pulsuz GA zonası üçün qeydiyyatdan keçmək və VIP zona biletlərini əldə
etmək üçün bld.az saytına daxil
olmaq mümkündür.
Qeyd edək ki, 30
may tarixində keçirilən boolood tədbirinin rəsmi tərəfdaşları Bakcell,
Coca-Cola və Bir Bonus olub.
Şərhlər