Bakcell
və Peerstack Academy-nin tərəfdaşlığı ilə həyata keçirilən "SummerStack
Bootcamp” proqramının açılış tədbiri keçirilib. Tədbir çərçivəsində
iştirakçılar tədris proqramı, mentorluq mexanizmi və inkişaf imkanları ilə
tanış olublar.
Tədbirdə
Bakcell-in İctimaiyyətlə əlaqələr
və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova çıxış edərək gənclərin
inkişafına və rəqəmsal bacarıqların artırılmasına yönəlmiş təşəbbüslərin əhəmiyyətini
vurğulayıb. O bildirib ki, "SummerStack Bootcamp” proqramı iştirakçılara
proqramlaşdırma sahəsində möhkəm bilik bazası formalaşdırmaqla yanaşı, onları
real layihələr və praktiki yanaşmalar vasitəsilə peşəkar inkişaf yoluna
hazırlayır.
Qeyd
edək ki, üç ay davam edəcək proqram iştirakçılara müasir proqramlaşdırma alətləri
olan "Java” və "Python” ilə işləmək, texniki biliklərini dərinləşdirmək və
layihə əsaslı öyrənmə mühitində təcrübə qazanmaq imkanı yaradacaq.
Bakcell
innovasiya, rəqəmsal transformasiya və təhsil sahəsində inkişafı dəstəkləyən təşəbbüslərə
töhfə verməklə ölkədə insan kapitalının gücləndirilməsinə və gələcəyin peşələri
üçün ixtisaslı kadrların hazırlanmasına dəstək göstərməyə davam edir.
Peerstack
Academy-nin tələbəsi olmaq istəyənlər qeydiyyat üçün linkə daxil ola bilərlər.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl
telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli
və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının
qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni
intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə
verir.
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət
göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan
Azerconnect Group-a daxildir.
Şərhlər