Bakcell qlobal MMA təşkilatı UFC-nin Bakıda keçiriləcək
turnirinin əsas tərəfdaşı qismində unudulmaz döyüş həyəcanını Azərbaycan
azarkeşlərinə təqdim edəcək. Milli Gimnastika Arenasında baş tutacaq tədbirdə UFC-nin
tanınmış döyüşçüləri, o cümlədən Azərbaycanı təmsil edən idmançılar oktaqona
çıxacaqlar.
27
iyun tarixində Bakıda keçiriləcək UFC turnirinin maraqla
gözlənilən qarşılaşmalarından birində Azərbaycanı təmsil edən Fərman Həsənov
ABŞ təmsilçisi Erik Nolanla üz-üzə gələcək. Gecənin əsas döyüşündə Rafael
Fiziyev yüngül çəkidə Manuel Torreslə qarşılaşacaq. Gecənin ikinci əsas
döyüşündə isə "Shara Bullet” ləqəbli Şara Maqomedov Mişel Pereyra ilə döyüşəcək.
Bakcell-in dəstəyi ilə keçirilən tədbir yerli və
xarici azarkeşlərə yüksəksəviyyəli idman həyəcanı yaşadacaq. "Bakcell səni qələbəyə
çağırır” mesajını ön plana çıxaran şirkət bu tərəfdaşlıqla döyüş ruhunu, qətiyyəti
və qalibiyyət əzmini təşviq edir.
Qeyd edək ki, Bakcell artıq ikinci ildir ki, qlobal
MMA təşkilatı UFC-nin Azərbaycanda keçirilən turnirinə dəstək verir. Qlobal
miqyasda milyonlarla azarkeşi bir araya gətirən UFC dünyanın ən populyar idman
təşkilatlarından biri hesab olunur.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl
telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli
və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının
qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni
intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə
verir.
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət
göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan
Azerconnect Group-a daxildir.
Şərhlər