Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində
Cənubi Qafqazın ən böyük metallurgiya müəssisəsi
olan "Baku Steel Company” QSC (BSC) 31-ci Beynəlxalq "Xəzər Neft və Qaz” sərgisində
(Caspian Oil & Gas 2026) Gold Sponsor statusunda iştirak edib. Tədbir 1–3
iyun tarixlərində Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində
keçirilib və 46 ölkədən 276 şirkəti bir araya gətirib.
BSC stendində beynəlxalq standartlara, o cümlədən
API tələblərinə uyğun istehsal edilən neft-qaz sektoru üçün boru məhsulları
xüsusi diqqət cəlb edib. Ekspozisiya BSC-ni tikinti, sənaye və neft-qaz sahələri
üçün polad məhsulların milli istehsalçısı kimi təqdim etməyə imkan verib.
Sərgi çərçivəsində şirkət nümayəndələri tərəfdaşlar,
potensial sifarişçilər və ixtisaslaşmış qurumlarla görüşlər keçirib. Görüşlərdə
boru məhsullarının tədarükü, keyfiyyət və sertifikatlaşdırma tələbləri, habelə
gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Tədbirin yekununda təşkilatçılar BSC-yə sponsor dəstəyinə
görə təşəkkürlərini bildirib və şirkətin iştirakını xatirə kompozisiyası ilə
qeyd ediblər.
ŞİRKƏT HAQQINDA
"Baku Steel Company” QSC — Cənubi Qafqazın ən böyük
metallurgiya müəssisəsidir. Müasir Avropa texnologiyaları əsasında fəaliyyət
göstərən şirkət tikinti, infrastruktur və sənaye sahələri üçün yüksəkkeyfiyyətli
polad məhsullar — armatur, tikişsiz borular və ferroərintilər istehsal edir.
BSC məhsulları beynəlxalq sertifikatlaşdırma tələblərinə cavab verir və ABŞ,
Avropa İttifaqı və digər ölkələrin bazarlarına ixrac olunur.
Şərhlər