Bank Respublika 2026-cı ilin ilk yarımilində mənfəətini, kapitalını və kredit portfelini artırıb
Azərbaycanın aparıcı banklarından biri olan Bank Respublika 2026-cı
ilin ilk yarımili üzrə maliyyə nəticələrini açıqlayıb. Hesabat dövründə Bank
əsas maliyyə göstəriciləri üzrə əhəmiyyətli artım nümayiş etdirərək bazardakı
mövqeyini daha da möhkəmləndirib, maliyyə dayanıqlığını qoruyub saxlayıb və
real sektorun maliyyələşdirilməsi istiqamətində fəaliyyətini daha da
genişləndirib.
İlk yarımilin nəticələri Bankın dayanıqlı inkişaf strategiyasının
uğurla həyata keçirildiyini və müştərilər, tərəfdaşlar, eləcə də beynəlxalq
maliyyə institutları tərəfindən göstərilən etimadın davamlı olaraq artdığını
nümayiş etdirir.
2026-cı ilin ilk
yarımili üzrə əsas maliyyə göstəriciləri (ötən ilin
müvafiq dövrü ilə müqayisədə):
·Aktivlər 2,2% artaraq 2,72 milyard
manata çatıb;
·Məcmu kapital 17,4% artaraq 279,6 milyon
manat təşkil
edib;
·Kredit portfeli 11,5% artaraq 1,70 milyard
manata yüksəlib;
·Xalis faiz gəlirləri 17,4% artaraq 95,8 milyon manat olub;
·Xalis əməliyyat mənfəəti 28,5% artaraq 46,1 milyon
manata çatıb;
·Xalis mənfəət 23,7% artaraq 34,5 milyon
manat təşkil
edib;
·Depozit portfeli 1,1 milyard
manat olub ki,
bu da ölkənin bank sektoru üzrə ən yüksək göstəricilərdən biridir.
Maliyyə
dayanıqlığının əsas göstəriciləri:
·I dərəcəli
kapitalın adekvatlıq əmsalı - 10,61% (normativ: 6,5%);
·Məcmu
kapitalın adekvatlıq əmsalı - 14,65% (normativ:12,5%);
·Leverec əmsalı - 7,53%(normativ: 5%);
·Ümumi kredit portfelində vaxtı
keçmiş kreditlərin payı 0,74%-ə enib (2025-ci ilin sonu: 0,9%).
Maliyyə göstəricilərində əldə olunan artımla yanaşı,
Bank Respublika 2026-cı ilin ilk yarısında da aparıcı beynəlxalq maliyyə institutları
ilə əməkdaşlığını genişləndirərək ölkənin real sektorunun maliyyələşdirilməsi imkanlarını
artırmağa davam edib. Hesabat dövründə Bank EIB Global, OPEC Fund və Finnfund ilə yeni əməkdaşlıq sazişləri imzalayıb. Bu sazişlər mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsinə, yaşıl maliyyələşdirmənin inkişafına, eləcə də biznesin uzunmüddətli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə xidmət edir. Nəticədə, 2026-cı ilin birinci yarımilliyinin
yekunlarına əsasən maliyyə sektoru institutlarından cəlb edilmiş vəsaitlərin
həcmi 1,26 milyard manata çataraq, ötən ilin sonu ilə müqayisədə 22,1%
artmışdır.
📌 Daha
ətraflı məlumat üçün:
🌐 Veb
sayt: www.bankrespublika.az
📱 Sosial
şəbəkələr: 🔵 Facebook | 📸 Instagram | 🔗LinkedIn | 📨 Telegram
📞 Çağrı
Mərkəzi: 144
Şərhlər