Bank Respublika "Ağır ol, qazan!" lombard kredit kampaniyasına start verib
Bank Respublika-da girov qoyulan qızıl nə qədər ağır olsa, faiz endirimi bir o qədər böyük olacaq!
Həyatda elə məqamlar
var ki, ağırlıq üstünlüyə çevrilir. Bəzən bu üstünlük etibar qazandırır, bəzən
də əlavə imkanlar yaradır. Bank Respublika-da isə ağırlıq sizə daha çox
qazandıracaq.
Müştərilərini hər
zaman maraqlı və sərfəli təkliflərlə sevindirən Bank Respublika lombard krediti
müştəriləri üçün yeni "Ağır ol, qazan!”kampaniyasına start verib.
Kampaniya çərçivəsində
müştərilər tərəfindən girov qoyulan qızıl-zinət əşyalarının çəkisi nə qədər
ağır olarsa, lombard krediti üzrə tətbiq olunan faiz endirimi də bir o qədər
böyük olacaq.
Kreditin şərtləri:
•Kredit məbləği
– 50 000 AZN-dək
•Kredit
müddəti – 48 ayadək
•Faiz dərəcəsi
– illik 18%-dən
Qeyd edək ki, müştərilər
tərəfindən girov qoyulan qızıl-zinət əşyaları kredit müddəti ərzində Bank
Respublika-da yüksək təhlükəsizlik standartlarına uyğun şəkildə qorunur və
etibarlı şəraitdə saxlanılır.
Kampaniya 31 avqsut 2026-cı il tarixədək davam edəcək.
Şərhlər