Bank Respublika növbəti sosial mükafata layiq görüldü
Korporativ sosial məsuliyyət istiqamətində həyata
keçirdiyi çoxsaylı təşəbbüslərlə cəmiyyətə dəyər yaratmağa davam edən Bank
Respublika növbəti dəfə təltifə layiq görülüb.
Ümumdünya Qan Donoru Günü münasibətilə Respublika Qan
Bankı tərəfindən təşkil olunan tədbirdə Bank Respublika qan donorluğunun təşviqi
və bu sahədə göstərdiyi davamlı dəstəyə görə xüsusi mükafatla təltif edilib.
Bank Respublika-da qanvermə aksiyaları artıq sadəcə
bir tədbir deyil, əməkdaşları ortaq dəyər ətrafında birləşdirən gözəl ənənəyə
çevrilib. Bankın Baş Ofisində hər il təşkil olunan aksiyalar çərçivəsində əməkdaşlar könüllü olaraq donor olur, ehtiyacı olan insanların
müalicəsinə dəstək göstərir və həyatlara ümid bəxş edir.
Bu il keçirilən qanvermə aksiyasında da Bankın İdarə heyətinin sədri, rəhbər heyəti və əməkdaşları fəal iştirak edərək
talassemiya, hemofiliya, leykoz və digər xəstəliklərdən əziyyət çəkən
insanların müalicəsinə dəstək məqsədilə könüllü donor olublar.
Bank Respublika gələcəkdə də insan sağlamlığına və cəmiyyətin
rifahına töhfə verən layihələri dəstəkləməyi, sosial həmrəyliyin gücləndirilməsinə
xidmət edən təşəbbüslərdə fəal iştirakını davam etdirəcək.
📌 Daha ətraflı məlumat üçün:
🌐 Veb sayt: www.bankrespublika.az
📱 Sosial şəbəkələr: 🔵 Facebook | 📸 Instagram | 🔗 LinkedIn | 📨 Telegram
📞 Çağrı Mərkəzi: 144

Şərhlər