Tikintisi davam edən layihələr alıcıların diqqətini cəlb edir.
Metroya yaxın mənzillərə tələbat niyə artır?
Mənzil alarkən alıcıların ən çox diqqət yetirdiyi
amillərdən biri lokasiyadır. Xüsusilə metroya yaxın layihələr həm gündəlik
gediş-gəlişi asanlaşdırdığı, həm də gələcəkdə dəyər artımı baxımından üstünlük
yaratdığı üçün daha çox seçilir. Məhz bu səbəbdən Biləcəridə yerləşən və "Avtovağzal"metro stansiyasına cəmi bir neçə dəqiqəlik məsafədə yerləşən "Biləcəri"yaşayış kompleksi alıcıların diqqətini cəlb edir.
"Biləcəri" yaşayış kompleksində 56 kv.m-dən
110 kv.m-dək sahəyə malik 2, 3, 4 otaqlı və studiya tipli mənzillər satışdadır.
Layihədə yeni satışa çıxarılan 77,52 kv.m və 77,64 kv.m sahəli 3 otaqlı studiya
mənzillər isə optimal planlaşdırılması və funksional bölgüsü ilə hazırda
alıcıların diqqət mərkəzindədir. Funksional
planlanması sayəsində bu mənzillər həm gənc ailələr, həm də gələcəyini indidən
planlaşdırmaq istəyən alıcılar üçün əlverişli seçim hesab olunur.

"Biləcəri" yaşayış kompleksi
"Avtovağzal" metro stansiyasına avtomobillə cəmi 3 dəqiqəlik məsafədə
yerləşir. Şoseyə və metroya yaxınlıq həm şəxsi avtomobildən, həm də ictimai
nəqliyyatdan rahat istifadə etməyə şərait yaradır. Bu isə işə, təhsil
müəssisələrinə və şəhərin müxtəlif istiqamətlərinə gündəlik gediş-gəlişi daha
rahat və vaxt itkisi olmadan planlaşdırmağa imkan verir.

Kompleksdə rahat yaşayış üçün lazım olan infrastruktur da
nəzərə alınıb. Həyətdə geniş park, uşaqlar üçün oyun meydançası və uşaq bağçası
yerləşir. Yaxınlıqda fəaliyyət göstərən 2 saylı tam orta məktəb isə məktəbli
ailələr üçün əlavə üstünlük yaradır. Avtomobillər üçün yeraltı dayanacaq,
ərazinin mühafizəsini təmin edən xüsusi xidmət və kamera nəzarət sistemi
sakinlərin təhlükəsizliyi və rahatlığı üçün yaradılıb.
Mənzillər tam təmirli və kommunal xidmətlərə qoşulmuş
şəkildə təhvil veriləcək. Mənzillərdə tətbiq olunan səs və istilik izolyasiyası
daha sakit və komfortlu yaşayış təmin edir.
Layihənin digər üstünlüklərindən biri də optimal mənzil
planlamasıdır. Çünki rahat mənzil yalnız böyük sahə demək deyil, eyni zamanda
hər kvadratmetrin düzgün istifadə olunması deməkdir. "Kristal" bu layihədə mənzilləri məhz
bu prinsiplə layihələndirib. Nəticədə 77,52 kv.m və 77,64 kv.m sahəyə malik
3 otaq studiya mənzillər geniş və funksional yaşayış hissi yaradır.

Mənzili 20 ilədək ipoteka, 36 ayadək daxili kredit və ya"Evini
hissə-hissə al" modeli ilə əldə etmək mümkündür. Faizsiz və
aylıq öhdəliksiz bu model sayəsində mənzilini kvadrat-kvadrat alaraq gələcəyinə
dəyər qazandıran investisiya edə bilərsən.
Əgər sən də metroya yaxın, tam təmirli mənzil axtarırsansa,
"Biləcəri" yaşayış kompleksində tikintisi davam edən 3 otaq studiya
mənzillərlə yaxından tanış olmağın vaxtıdır.
Biləcəridə yaşıllığın əhatəsində tam təmirli mənzil sahibi olmaq
üçün satış ofisinə yaxınlaş və ya *1544 nömrəsinə zəng edərək sənə uyğun
mənzil haqqında ətraflı məlumat əldə et.
Ətraflı: *1544
Ünvan: Biləcəri
qəsəbəsi, X.Natəvan küç 52C
kristal.az
Şərhlər