Qafqazın
ilk tam inteqrasiya olunmuş bankçılıq, ödəniş və elektron ticarət ekosistemi
olan Bir, "CNBC” və "Statista” tərəfindən tərtib edilən "Dünyanın aparıcı
fintex şirkətləri” ("The World’s Top Fintech Companies”) reytinqində
neobankinq kateqoriyası üzrə dünyanın ən yaxşı fintexləri sırasında yer alıb.
Bir bu nüfuzlu siyahıya daxil edilən Azərbaycanın və bütövlükdə Cənubi Qafqaz
regionunun ilk və yeganə şirkətidir.
"CNBC”
və "Statista” tərəfindən hazırlanan "The World’s Top Fintech
Companies"siyahısı fintex sənayesinin ən nüfuzlu qlobal göstəricilərindən biri hesab
olunur. Siyahı gəlirlilik, mənfəətlilik və digər maliyyə göstəriciləri, müştəri
sayı, kredit və depozit portfellərinin artımı, əməliyyat həcmi, bazar payı və
əməkdaş sayı kimi əsas performans göstəricilərinin (KPI) hərtərəfli təhlili
əsasında tərtib edilir.
Bir
ekosisteminin beynəlxalq reytinq siyahısında tanınması onun miqyasını, davamlı
inkişafını və regionda texnoloji lider kimi mövqeyini, eləcə də Azərbaycanın
rəqəmsal transformasiyasında oynadığı mühüm rolu bir daha vurğulayır.
Bir ekosisteminin rəhbəri Fərid Hüseynov bildirib: "Bir olaraq məqsədimiz Azərbaycanda milyonlarla insanın
gündəlik həyatını daha rahat, sürətli və rəqəmsal etməkdir. Alış-verişdən
ictimai nəqliyyat ödənişlərinə, pul köçürmələrindən digər maliyyə xidmətlərinə
qədər gündəlik ehtiyacları vahid ekosistemdə bir araya gətirərək insanların
rəqəmsal həllərdən istifadəsini daha əlçatan edir və yeni vərdişlərin
formalaşmasına töhfə veririk. "CNBC” və "Statista” tərəfindən dünyanın Nubank,
Revolut və Monzo kimi aparıcı fintex şirkətləri sırasında tanınmaqdan məmnunuq.
Azərbaycan və Cənubi Qafqaz regionundan bu nüfuzlu siyahıya daxil edilən ilk və
yeganə şirkət olmaq həm Bir ekosisteminin əldə etdiyi nəticələrin, həm də
ölkəmizin fintex sektorunun qlobal səviyyədə artan rəqabət qabiliyyətinin
göstəricisidir. Gələcəkdə də Bir ekosistemini inkişaf etdirməyə və Azərbaycan
iqtisadiyyatının rəqəmsallaşmasına xidmət etməyə davam edəcəyik.”
Bir
ekosistemi innovativ məhsul və xidmətlərini genişləndirərək ölkə üzrə daha çox
istifadəçiyə çatdırmağa davam edir. Son aylarda ekosistem "Paysend” ilə
tərəfdaşlıq çərçivəsində Azərbaycandan dünyanın 140-dan çox ölkəsinə beynəlxalq
pul köçürmələrini istifadəyə verib, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil
edilmiş İçərişəhərin rəqəmsallaşdırılması layihəsinə başlayıb. Bununla yanaşı,
ölkədə ilk dəfə olaraq Birbank tətbiqinə işarət dili funksiyası inteqrasiya
edilərək eşitmə və nitq məhdudiyyətli şəxslər üçün maliyyə xidmətlərinə çıxış
imkanları daha da genişləndirilib.
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən
istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş
rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil
bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları
və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə
başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş
infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKartla qurulmuş
strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı
rəqəmsal ekosisteminin əsasını qoyur.
Daha
ətraflı: bir.az
Şərhlər