Qafqazın bankçılıq,
ödəniş sistemləri və elektron ticarəti özündə birləşdirən ilk tam rəqəmsal
inteqrasiya olunmuş ekosistemi olan Bir,
ictimai nəqliyyatda xarici emissiyalı bank kartları ilə təmassız əsaslı ödəniş
(NFC) imkanını istifadəyə verib.
Yenilik Bakı və Abşeron ərazisində,
həmçinin Xankəndi şəhərində fəaliyyət göstərən avtobus marşrutlarına, eyni
zamanda Bakı metropoliteninə şamil edilir. Belə ki, artıq ölkəmizə gələn
qonaqlar ictimai nəqliyyatda təmassız xarici bank kartları ilə birbaşa "tap
& pay” ("toxun və ödə”) texnologiyası vasitəsilə ödəniş edə bilərlər. Bu
həll yerli nəqliyyat kartlarına ehtiyacı, nağd valyuta mübadiləsini və əlavə
qeydiyyat prosedurlarını tam şəkildə aradan qaldırır.
Nəqliyyatda ödəniş rahatlığı yeni
mərhələyə keçdi
Müasir şəhərlərdə inteqrasiya olunmuş
ödəniş sistemləri artıq yalnız rahatlıq elementi deyil, eyni zamanda
əlçatanlıq, səmərəlilik və inklüzivliyi təmin edən fundamental infrastruktur
komponentidir.
Bir ekosistemi Azərbaycanda daha ağıllı
mobillik modelinin formalaşmasına töhfə verərək, "K Group” MMC (BakıKart) ilə strateji
əməkdaşlıq çərçivəsində m10 rəqəmsal pul kisəsi vasitəsilə ölkədə ilk QR əsaslı
ictimai nəqliyyat ödənişlərini tətbiq edərək, gündəlik hərəkətliliyə çeviklik
və sürət qazandırıb.
Təqdim olunan xidməti daha da
gücləndirərək, Birbank vasitəsilə mobillik strategiyasını genişləndirən Bir,
Bakı metropoliteni və avtobuslarda NFC ödənişlərini aktivləşdirərək tam
təmassız ictimai nəqliyyat təcrübəsini formalaşdırıb.
Bu sistemin əsas xüsusiyyəti onun
qapalı ekosistem deyil, açıq infrastruktur modeli kimi dizayn olunmasıdır.
Xidmət Birbank kartları ilə yanaşı,
digər yerli bank kartlarını da əhatə edərək, şəhər miqyasında tam rəqəmsal
ödəniş mühiti formalaşdırıb.
Sonuncu təqdim olunan yenilik – xarici
bank kartları üçün NFC ödənişlərinin genişləndirilməsi isə bu strategiyanın
növbəti mərhələsini təşkil edərək, xidməti yerli miqyasdan qlobal istifadə imkanlarına
açır.
Bu,
həmçinin ölkənin rəqəmsal transformasiyasına töhfə verərək, fintek
texnologiyalarının ictimai infrastrukturu gücləndirməklə şəhər mobilliyini yeni
səviyyəyə yüksəltməsinin göstəricisidir.
Bir
haqqında
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin
gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk
tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini –
Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön
ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci
ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət
göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və
BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və
ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Ətraflı
məlumat üçün: bir.az
Şərhlər