Qafqazın ilk
tam inteqrasiya olunmuş e-ticarət, bankçılıq və ödəniş ekosistemi olan Bir,
Böyük Britaniyada yerləşən qlobal ödəniş platforması "Paysend” ilə tərəfdaşlıq
çərçivəsində Azərbaycanda fərdi müştərilər üçün real vaxt rejimində (ani)
beynəlxalq pul köçürmələrini istifadəyə verib.
Tərəfdaşlıq
Bir-in elektron pulqabı tətbiqi m10 vasitəsilə həyata keçirilir və
istifadəçilərə 140-dan çox ölkəyə birbaşa mobil telefonları üzərindən pul
göndərmək imkanı yaradır.
Bu təşəbbüs
Bir-in sərhədlərarası ani ödəniş imkanlarını genişləndirərək beynəlxalq
köçürmələri daha sürətli, şəffaf və rahat edir. Xidmət xüsusilə ölkədən
kənarda yaşayan ailələrə pul göndərmək,
xaricdəki xərclərini qarşılamaq və səyahət zamanı maliyyə əməliyyatlarını
asanlaşdırmaq istəyən istifadəçilər üçün yeni imkanlar açır.
Xidmətin
istifadəyə verilməsiQafqazın əhalisinə görə ən böyük ölkəsi olan Azərbaycanın
rəqəmsal xidmətlərə artan tələbi fonunda baş verir. İstehlakçılar getdikcə daha
çox rəqəmsal ödənişlərə və e-ticarət həllərinə üstünlük verirlər.
Bir-in Ödənişlər Biznesi üzrə rəhbəri Cəlal Orucov bildirib:
"Azərbaycandakı
istifadəçilər üçün beynəlxalq köçürmələr mühüm xidmət sahəsidir. "Paysend” ilə
əməkdaşlıq çərçivəsində Bir-in sərhədlərarası ödəniş imkanlarını
genişləndirərək, yerli əməliyyatların sürətini və sadəliyini beynəlxalq
ödənişlərə daşıyırıq. Bu, Bir-in sürətlə böyüyən maliyyə ekosistemi kimi
mövqeyini gücləndirir və Azərbaycanın rəqəmsal transformasiyasına töhfə verir,
ölkənin Avropa və Asiya arasında strateji körpü rolunu daha da möhkəmləndirir.
Daha sürətli, təhlükəsiz və inklüziv maliyyə əlaqələri daha inteqrasiya olunmuş
regional rəqəmsal iqtisadiyyatın formalaşmasına xidmət edir”.
"Paysend”-in korporativ biznes rəhbəri Danny May isə qeyd
edib:
"Müasir,
bir-birinə bağlı iqtisadiyyatda uğurlu olmaq üçün bizneslərin etibarlı, çevik
və qlobal ödəniş infrastrukturuna çıxışı vacibdir. Biz Bir ilə tərəfdaşlıqdan
məmnunuq və 140-dan çox ölkə üzrə beynəlxalq ödəniş imkanlarının genişlənməsinə
dəstək veririk. Birlikdə fərdi müştərilər üçün daha sürətli və rahat pul
köçürmələrini təmin edərək qlobal maliyyə əlaqələrini gücləndiririk”.
Bir və
"Paysend” tərəfdaşlığı istifadəçilərə sərhədlərarası pul köçürmələrini daha
rahat və səmərəli şəkildə həyata keçirməyə imkan verir. Bir ekosistemi hazırda
Azərbaycanda 5 milyondan çox istifadəçiyə xidmət göstərir və ölkədə rəqəmsal
maliyyə xidmətlərinin inkişafına töhfə verir. m10 vasitəsilə ani beynəlxalq köçürmələrin
istifadəyə verilməsi Bir ekosistemində aktivliyin daha da artmasına, həmçinin
Birbank vasitəsilə gündəlik bank xidmətləri və Birmarket üzərindən onlayn
alış-veriş kimi tamamlayıcı xidmətlərin istifadəsinin genişlənməsinə töhfə
verəcəyi gözlənilir.
Bir haqqında
Bir
Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə
davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal
ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi,
Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal
pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem
hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur
imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKartla qurulmuş strateji
tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal
ekosisteminin əsasını qoyur.
Ətraflı
məlumat üçün: bir.az
Şərhlər