Ölkənin ilk rəqəmsal bankı Birbank yeni taksit kartı əldə
edəcək müştərilər üçün sərfəli kampaniyaya start verib. Belə ki, 31 iyul 2026-cı il tarixinədək davam edəcək "İlk
taksitə 50 bonus” kampaniyası çərçivəsində ilk taksit əməliyyatı 500 AZN və ya
daha yüksək məbləğdə olan müştərilərə 50 bonus hədiyyə edilir. Bu
imkandan kampaniya müddətində aktiv Birbank taksit kartı olmayan vəhəmin
dövrdə taksit kartı rəsmiləşdirən müştərilər yararlana bilərlər.
Birbank taksit kartı kampaniya üstünlüyü ilə yanaşı,
gündəlik alış-verişdə təqdim etdiyi imkanlarla da seçilir. Kart sahibləri 24
ayadək taksit imkanından yararlana, minlərlə tərəfdaş mağazada alış-veriş edə,
limitsiz bonus qazana bilərlər. Bundan əlavə, kart pulsuz sifariş və
çatdırılma, 63 günədək güzəşt müddəti, eləcə də QR ödənişləri zamanı 2 qat ƏDV
geri almaq imkanı təqdim edir.
Kampaniya çərçivəsində qazanılan bonuslar Bir ekosistemin
vahid loyallıq proqramı olan Bir
Bonus çərçivəsində istifadə oluna bilər. Bir Bonus proqramı
Birbank, m10, Birmarket və digər ekosistem brendləri ilə yanaşı minlərlə
tərəfdaşda bonus qazanmaq və onları rahatlıqla xərcləmək imkanı yaradır. Bir
ekosistem müştəriləri proqrama avtomatik qoşulur və bonuslarını BakıKart
biletindən Trendyol sifarişlərinə, mobil balansın artırılmasından Birmarket
alış-verişinədək müxtəlif istiqamətlərdə istifadə edə bilirlər.
Kampaniya haqqında ətraflı məlumat: https://www.b-b.az/tkblk
Daim ən son
rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı
olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 114 filial
və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin
xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq
üçün birbank.az saytına, 196 Əlaqə
Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət
edə bilərsiniz.
Şərhlər