Avtomobil
almaq istəyənlər üçün ən böyük çətinliklərdən biri yüksək ilkin ödəniş və
uzunmüddətli rəsmiləşdirmə prosesidir. "Bir Kredit” BOKT (Bank Olmayan Kredit
Təşkilatı) bu stereotipləri dəyişərək müştərilər üçün daha əlçatan lizinq
imkanını təqdim edir.
"Bir Kredit”
BOKT, ölkənin ilk rəqəmsal bankı Birbank ilə tərəfdaşlıq çərçivəsində yeni
lizinq xidmətini istifadəyə verib. Yeni xidmət sayəsində müştərilər həm yeni,
həm də istehsal ili 5 ilə qədər olan işlənmiş avtomobilləri minimum
0%-dən başlayan ilkin ödənişlə, 100 000 AZN-dək maliyyələşmə məbləğiilə əldə edə və ödənişi 60 aya qədər hissələrlə həyata
keçirə bilərlər.
Xidmətin
əsas fərqləndirici cəhətlərindən biri onun daha geniş auditoriya üçün əlçatan
olmasıdır. Belə ki, rəsmi gəliri olmayan şəxslər də bu fürsətdən yararlana
bilərlər. Tərəflər bu yanaşma ilə avtomobil sahibi olmağı daha çox insan üçün
əlçatan etməyi hədəfləyir.
Digər mühüm
üstünlük isə prosesin sadəliyidir. Lizinq rəsmiləşdirilməsi birbaşa avtomobil
salonunda həyata keçirilir. Bu isə əlavə sənəd toplamağa, banka getməyə və vaxt
itirməyə ehtiyac qalmadan, avtomobili seçdiyiniz anda maliyyələşdirməni
tamamlamağa imkan verir.
Birbank-ın
rəqəmsal yanaşması bu xidmətdə də özünü göstərir. Müştərilər prosesi daha
sürətli, rahat və şəffaf şəkildə həyata keçirə bilirlər. Yeni lizinq imkanı
çevik şərtləri, sürətli rəsmiləşdirilməsi və geniş əlçatanlığı ilə avtomobil
əldə etmə prosesinə yeni baxış gətirir.
Lizinq
xidmətindən yararlanmaq istəyənlər daha ətraflı məlumat üçün Birbank mobil
tətbiqi vasitəsilə müraciət edə və ya tərəfdaş avtomobil salonlarına yaxınlaşa
bilərlər.
Ətraflı
məlumat üçün: https://www.b-b.az/ZomFov
Şərhlər